Hacıqabul rayon Mədəniyyət mərkəzində 28 may Müstəqillik günü qeyd edilmişdir
28-05-2022, 18:16
Oxunub: 6 040
27.05.2022-ci il tarixində Hacıqabul rayon Mədəniyyət mərkəzində 28 may Müstəqillik gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Mədəniyyət işçilərinin iştirakı ilə keçən tədbirdə rayon MKS-nin direktoru Dövran Həsənov tədbiri açmış, bayram münasibətilə Mədəniyyət işçilərini təbrik etmiş və Cümhuriyyət tarixindən geniş məruzə ilə çıxış etmişdir.
Sonra Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova, rayon Tarix Diyarşünaslıq muzeyinin baş fond mühafizi Nübar Qasımova, mərkəzi kitabxananın şöbə müdirləri Aytəkin Mirzəyeva, Gülzadə Rəşidova, MKS-nin 4 saylı kitabxana filialının müdiri Səkinə Qarayeva 28 may Müstəqillik gününün tarixindən, müstəqillik qurucularından, onların fəaliyyətindən, Ulu Öndər Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin Cümhuriyyət tarixinə verdikləri önəmdən geniş söhbət açmışlar. Tədbiri Dövran Həsənov yekun nitqi ilə bitirmişdir.
Aytən İmanova,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər