BolgeXeber.Com » Xəbərlər » Şatırlı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

Şatırlı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

30-05-2022, 11:25
Oxunub: 3 784

Şatırlı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.Qəbulda rayon İcra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri öyrənmək və onların həllini təmin etmək, vətəndaş məmnuniyyətinin təmin edilməsi olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Şatırlı kənd inzibati ərazi dairəsində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.Son illər Şatırlı kənd inzibati ərazi dairəsinin əhatə etdiyi Həsənqaya, Şatırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar, İkinci Nazırlı kəndləri qazlaşdırılıb, inzibati ərazi dairəsinin kəndlərini də əhatə edən 27 km uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası yolu yenidən qurulub və asfaltlaşdırılıb, bütün kəndlərə sərnişin daşımaq üçün avtobus marşurutları açılıb, ərazidə suvarma üçün 2 ədəd subartezian quyusu qazılıb, 11 ədəd subartezian quyusu bərpa edilib, İkinci Nazırlı kəndinin 6 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, içməli su şəbəkəsi tikilib, kəndin elektrik şəbəkəsi yenidən qurulub və elektrik xətləri kabelləşdirilib, kənd qəbirstanlığı abadlaşdırılıb, Birinci Qazaxlar kəndinin 8 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, kənd qəbirstanlığı abadlaşdırılıb.2021-ci ildə İnzibati ərazi dairəsində 175 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 35 sentner olmaqla 613 ton pambıq, 5 nəfər kümçü tərəfindən 21 qutu barama götürülüb saxlanmış, hər qutudan 22 kq olmaqla cəmi 462 kq barama istehsal edilmişdir.2022-ci ildə inzibati ərazi dairəsində 206 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, artıq səpin başa çatmışdır, 20 qutu barama bəslənir.Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Birinci Qazaxlar kənd sakini, şəhid anası Məryəm Rüstəmova həmkəndlisinə icarəyə verilmiş 0,62 ha pay torpağının qaytarılmaması, Hacılı kənd sakini Dilqəm Allahverdiyev evinin yaxınlığında olan qəzalı vəziyyətdəki 2 ədəd 0,4 kv-luq elektrik dirəyinin yenisi ilə əvəz edilməsi, Birinci Qazaxlar kənd sakini Garay Əsgərov məktəbdə ilan olması, Kürdborakı kənd sakini, Qarabağ müharibəsi qazisi İsrayıl Hüseynov Dövlət tərəfindən yeni tikilmiş fərdi yaşayış evinə elektrik xəttinin çəkilməsi və sayğac qoyulması, Birinci Qazaxlar kənd sakini Raqub Quliyev qəzalı vəziyyətdə olan Birinci Qazaxlar kənd ümumi məktəbi üçün yeni bina tikilməsi, Şatırlı kənd sakinləri Nurəddin Ocaqov oğluna həyətyanı torpaq sahəsi verilməsi, Şəmil Əmirov kəndin 10 KV-luq elektrik xəttinə əlavə 2 ədəd elektrik dirəyi verilməsi, İkinci Nazırlı kənd sakini Ceyhun Aslanov İkinci Nazırlı kəndi ərazisində tikilmiş şəhid abidəsinin ərazisinin asfaltlaşdırılması və elektrik xətti çəkilməsi, Şatırlı kənd sakini Calal Hüseynov Şatırlı kəndində əlavə 1 ədəd güc transformatorunun quraşdırılması, Hacılı kənd sakini Möhübbət Quliyev 43 hektar pay torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Birinci Qazaxlar kənd sakini Nazim Gəncəliyev Birinci Qazaxlar kəndi ərazisində şəhid abidəsinin 20 kv. metr ətrafının asfaltlaşdırılması, Şatırlı kənd sakini Müslüm İsmayılov 259 reper nömrəli subartezian quyusunun dərinlik nasosu üçün 200 metr kabel verilməsi, İkinci Nazırlı kənd sakinləri Sevda Qasımova işığın gücləndirilməsi üçün mövcud 100 KV-luq güc transformatorunun 160 KV-luq güc transformatoru ilə əvəz edilməsi, Bulud Abdullayev Birinci Qazaxlar kəndinin 4 km qum-çınqıllı baş yolunun hamarlanması barədə müraciət etmişlər.Qaldırılan məsələlər barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir.Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçılığın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.