BolgeXeber.Com » Xəbərlər » Tərtərdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə sünnət xeyriyyə aksiyası keçirilib
Tərtərdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə sünnət xeyriyyə aksiyası keçirilib
1-06-2022, 18:30
Oxunub: 4 736
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Tərtər rayon İcra Hakimiyyətinin və Tərtər Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə Şəhid və qazi övladları, aztəminatlı ailələrin uşaqları üçün sünnət xeyriyyə aksiyası keçirilib.
Tərtər Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada 4 nəfər Şəhid, 5 nəfər qazi və 26 nəfər aztəminatlı ailədən olan uşaqlar sünnət olunublar. Uşaqlar tam sağalana qədər həkimlər tərəfindən nəzarətdə saxlanılacaq.
Qeyd edək ki, sünnət aksiyasına 2 nəfər cərrah və tibb bacıları cəlb edilib.
Aksiya ilə əlaqədar Mərkəzi Xəstəxanada olan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə onları təbrik edib, xeyir-dua verib.
Aksiyada iştirak edən şəhid ailələrinin üzvləri, qazilər, valdeyinlər onların övladlarına göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər