BolgeXeber.Com » Xəbərlər » İcra başçısının Kəngərli kəndində səyyar-qəbul görüşü olub

İcra başçısının Kəngərli kəndində səyyar-qəbul görüşü olub

3-06-2022, 18:00
Oxunub: 2 872 İyunun 3-də Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun rayonun Kəngərli  kəndində səyyar-qəbul görüşü keçirilib.
Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları  əvvəlcə kənddə şəhidlərin  xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb,onların   xatirələrini ehtiramla yad ediblər. 
Kənd sakinlərini salamlayan icra başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
 Sonra Kəngərli kəndinin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
Bildirilib ki Kəngərli İnzibati Ərazi dairəsinin  610 hektar ərazisi, 312  təsərrüfatı, 1675 nəfər əhalisi, 402 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi,  1 kitabxana, 8 ticarət obyekti  fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar.Sakinlər daimi işıq, qaz və su  ilə təmin olunurlar.
Kənddə kəndarası yollar, “Ələm ocağı” ziyarətgahına gedən yol asfaltlanıb, 5000 metr kəndarası su arxı lildən təmizlənib, kənd qəbirstanlığı abadlaşdırılıb, yol kənarları səliqəyə salınıb, ağaclar əkilib, kənd sakinlərinin köməyi ilə kənddə şəhidlər bulağı inşa edilib.Əkin sahələrinin suvatılması üçün son 3 ildə kənddə 2 ədəd subartezian quyusu qazılıb. 
İcra başçısı şəhidlər abidəsinin tikintisində əməyi olan hər kəsə öz minnətdarlığını bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinləri  İradə Məmmədova, Elza Məmmədova onlara həyətyanı torpaq sahəsi verilməsi ilə bağlı, Şəlalə Zeynallı elektrik dirəyinin həyətindən çıxarılması üçün “Asan Xidmətə” müraciət etdiyini, lakin 1355 manat xidmət haqqı yazıdlığını, həmin xidmət haqqını ödəyə bilməməsi ilə bağlı, şəhid atası Bəhruz Qəmbərov içməli su təminatı ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib. 
Qəbulda iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev vətəndaşların müraciətlərinə öz münasibətini bildirib. O, suvarmada olan çətinliklərin aradan qaldırılması, sudan səmərəli istifadə edilməsi üçün aqrotexniki tələblərə uyğun suvarma aparılmasını, pay torpaqlarının birləşdirilərək kooperasiyalar yaradılmasını, suvarmada damcı suvarma sistemlərindən istifadə olunmasını təklif edib. Sakinlərə təbii fəlakət vaxtı dövlətdən yardım almaq üçün   evlərini sığorta etdirməyə, əhalinin həssas qurupuna aid olan  vətəndaşların evlərinin dövlət tərəfindən  sığorta olunması təklifi ilə  Milli Məclisdə məsələ qaldıracağını bildirib.
Qəbulda iştirak edən sakinlər şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.