Şəhid Qəhramanlı Yaqub Abdulla oğlunun yeddi mərasimi keçirilib
6-06-2022, 11:24
Oxunub: 3 736
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələrinin üzvləri, qazilər veteranlar, ictimaiyyət nümayəndələri, sakinlər iştirak edib.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, keçdikləri döyüş yoluna nəzər salınıb, xatirələri ehtiramla anılıb.
Qeyd edək ki, Şəhid Yaqub Qəhrəmanlı Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalıb. Yaşat Fondunun xətti ilə uzun müddət İstanbul şəhərində İstanbul Medicana Hospitalında, İstanbul Cərrahiyə xəstəxanasında və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibbi Hospitalında müalicə alıb.
Şəhid Yaqub Qəhrəmanlı 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdu.
Yaqub Qəhrəmanlının 2 yaşında oğlu yadigar qalıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.








Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər