Deputat: “Siqaretin qiyməti ona görə bahalaşır ki, çəkənlərin sayı azalsın”
15-06-2022, 15:16
Oxunub: 2 944
Son vaxtlar Azərbaycanda tütün məmulatlarının qiymətlərində artım müşahidə olunur. Artım insanların daha çox istifadə etdiyi siqaret markalarında hiss edilir. Xüsusilə, köşklərdə bəzi siqaret markalarının qiyməti hər keçən gün daha da bahalaşır.
Bəs qiymət artımına səbəb nədir və bu amil siqaret çəkənlərin sayını azalda bilərmi?
Məsələ ilə bağlı Azxeber.com-a Milli Məclisin deputatı Rüfət Quliyev fikirlərini bildirib.
O qeyd edib ki, qiymət artımına səbəb həm fiskal siyasət, həm də siqaretlə mübarizədir:
“Siqaretlərin qiymətlərinin artmasının 50 faizi fiskal siyasətlə bağlıdır. Artım səbəbinin digər 50 faizi isə siqaretlə mübarizədir. Bu məntiq də var. Adətən siqaretlə mübarizə qiymətdən başqa, siqaret çəkmə yerlərinə məhdudiyyətlər qoymaqla da göstərilir. Belə deyək, siqaretin qiymətinin qalxması və siqaret çəkilən yerlərin məhdudlaşması birgə effekt verir. Bununla gündəlik siqaret çəkmə sayı azalır. Mən özüm də siqaret çəkənəm, misal üçün, əvvəl bir qutu, bir qutudan artıq çəkirdim. Amma qeyd etdiyim məhdudlaşmalar gətirib ona çıxarır ki, çəkdiyin siqaretin sayını azaldırsan”.
Deputatın fikrincə, siqaret qiymətlərində artım olduğu zaman siqaret çəkənlər sayı azaldırlar:
“Adətən insanlar ya daha ucuz siqaretlərə keçir, ya da ona öyrəşə bilmirlər. Siqaretdə belə bir öyrəşmə mexanizmi var. Ona görə də məcbur olurlar ki, hesabı elə götürsünlər ki, əvvəl bir qutu çəkirdilərsə, indi azaltsınlar. Çünki həmin siqareti əvvəlki qədər almaq çətinləşir”.
Deputat həmçinin qeyd edib ki, bu cür mübarizə forması dünyanın hər yerində var:
“Bu formada mübarizə bütün dünyada gedir. Mən deməzdim ki, bu, Azərbaycanda tütün məmulatlarına qarşı ən ciddi mübarizələrdən biridir. Xeyr. Avropanın bir neçə ölkəsində, ümumiyyətlə, bütün ölkələrdə, o cümlədən ABŞ-da və digər aparıcı ölkələrdə qiymət, məhdudlaşma ona gətirib çıxarır ki, insanlar məcburiyyət qarşısında qalıb az çəkirlər”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər