Bakıda iş adamı başqasını xilas edərkən öldü - FOTO
16-06-2022, 12:30
Oxunub: 3 184
Dünən Bakıdakı çimərliklərdən birində ölüm hadisəsi baş verib.
Bolgexeber.com Qafqazinfo-ya istinadla xəbər verir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi yaxınlığındakı çimərlikdə 1993-cü il təvəllüdlü Zülfüqarov Vüqar Hafiz oğlu boğularaq ölüb.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bildirilir ki, V.Zülfüqarov iş adamı olub və özünün açdığı sürücülük kursuna rəhbərlik edib. O, ötən gün ailə üzvləri ilə birlikdə çimərlikdə istirahət edərkən dənizdə bir nəfərin boğulduğunu görərək həmin şəxsə kömək etməyə çalışıb. Bu zaman boğulmaqda olan şəxs xilas olsa da, 29 yaşlı Vüqar daxili orqanlarına su dolması səbəbindən vəfat edib.
Əslən Salyanın Şorsulu kəndindən olan iş adamı bu gün doğulduğu rayonda dəfn ediləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər