"Bilet qiymətlərinin artması problemə çevrilir"
18-06-2022, 12:42
Oxunub: 3 720
“Bu günlərdə Azərbaycanda ən çox müzakirə edilən məsələ Naxçıvan əhalisinin gediş-gəlişi ilə bağlıdır. Təyyarə biletlərinin qiymətlərinin 60 manata qaldırılması böyük problemlər yaradır”.
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, avtomobillə İrandan keçməklə Naxçıvana getmək əvvəllər 30 manat olsa da, indi 38 manata başa gəlir:
“Digər bir problem isə təyyarə biletlərinin yoxluğudur. Biletlərin çoxu turizm şirkətlərinə satılır, yerli əhali buna görə problem yaşayır. İkincisi, Türkiyəyə olan qiymətlər çox bahadır. Buna görə də tələbələr İğdırdan Naxçıvana gəlməklə ölkəyə qayıtmaq istəyir. Yəni bilet qiymətlərinin artması bütövlükdə Azərbaycan əhalisi üçün problemə çevrilir. Bu məsələ üzərində hökumət çox ciddi düşünməli, problem həllini tapmalıdır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər