BolgeXeber.Com » Xəbərlər » Əhaliyə şad xəbər: Pensiya və müavinətlər yenidən arta bilər – VİDEO

Əhaliyə şad xəbər: Pensiya və müavinətlər yenidən arta bilər – VİDEO

21-06-2022, 17:11
Oxunub: 2 512 "Bu gün büdcədə müəyyən profisit yaranmışdı. Bu isə əsasən neft gəlirlərinin artması ilə əlaqədardır. Hazırda bizim valyuta ehtiyatlarımız 2014-cü ilin valyuta ehtiyatlarını ötüb".

Bolgexeber.com xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Gündəm" verilişində qonaq iqtisadçı Eyyub Kərimli bildirib.

O əlavə edib ki, büdcə gəlirlərinin artması qanun layihəsinə əsasən bir neçə istiqamətdə bölüşdürülməsi nəzərdə tutulub: "Bunlar sosial təminat, konflikt dövrünün quruculuq sahəsi, təhlükəsizlik və sahibkarlığın dəstəklənməsidir.

Eyni zamanda sosial həssas insanların pensiya və müavinətlərinin artması da baş verə bilər".