Bakı-Quba yolu bu tarixdə AÇILACAQ - Bu hissəsi pullu olacaq
22-06-2022, 16:45
Oxunub: 1 960
"Dövlət başçısı Bakı-Quba yolunun təmirinin tez bir zamanda yekunlaşması ilə bağlı göstəriş verib. Əgər bu templə davam etsələr, düşünürəm ki, işlər bu ilin noyabr-dekabr aylarında yekunlaşacaq”.
Bunu deputat Vahid Əhmədov deyib.
Millət vəkili bildirib ki, Bakı-Quba yolu tam ödənişsiz olacaq:
"Hazırda Bakı-Quba yolunda təmir-bərpa işləri davam edir. Ərazidə 8-ə yaxın briqada, çox sayda texnika işləyir. Aldığım məlumata görə, işlər noyabr-dekabr aylarında başa çatmalıdır. Əgər bu templə getsələr, çatdıra biləcəklər. Çünki Bakı-Quba yolunda işlər çox sürətlə və keyfiyyətli aparılır. Elə bir ciddi problem yoxdur. Eyni zamanda işə nəzarət edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri, eyni zamanda, özüm də mütəmadi olaraq həmin yola baxış keçiririk. Yolun keyfiyyətinə gəldikdə, asfalt yol olacaq. Hesab edirəm ki, asfalt yol daha keyfiyyətli olacaq. Büdcəyə düzəliş edəndə biz Bakı-Quba yolunun təmiri ilə əlaqədar əlavə vəsait ayırmışıq. Heç bir vəsait problemi yoxdur. İşin təşkili də yüksək səviyyədədir. Arxayınam ki, noyabr-dekabr ayında işi yekunlaşacaq”. V.Əhmədov Bakı-Quba yoluna paralel tikilən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu haqqında da danışıb:
"Bakı-Sumqayıt-Xaçmaz-Rusiya sərhədinə qədər olan yol pullu olacaq. Əslində paralel olan yol artıq təhvil verilməli idi. Amma bildiyimiz kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağda da böyük işlər görür, əsas diqqət oradadır. Yəqin ki, bu il həmin yol da təhvil veriləcək”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər