BolgeXeber.Com » Xəbərlər » İyul ayında Azərbaycanda qar yağıb-VİDEO

İyul ayında Azərbaycanda qar yağıb-VİDEO

4-07-2022, 14:01
Oxunub: 3 368 Şahdağda havanın temperaturu 0 dərəcə qeydə alınıb, nəticədə yağıntı qara keçib, hətta 1 sm-lik qar örtüyü əmələ gəlib.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, bu nadir hadisə olsa da, lakin 2019-cu ildə iyulun 1-də də Şahdağda analoji proses baş vermişdi: “Həm iyun ayında baş verən rekord sel-daşqın hadisələri, həm iyulun əvvəlində qeydə alınan proseslər iqlim dəyişmələrinin təzadlarının kəskinləşməsini, anomal atmosfer hadisələrinin artmasını növbəti dəfə göstərir”.
Bolgexeber.com qar görüntülərini təqdim edir: