“Son zəng”dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldı
5-07-2022, 10:11
Oxunub: 2 816
Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında tapılan naməlum kişi meyitinin kimə aid olduğu müəyyənləşib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, rayonun Böyük Bəhmənli kənd 1 nömrəli orta məktəbin 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğludur.
Məlumata görə, Zaur iyunun 13-də, “Son zəng”dən bir gün öncə yoxa çıxıb. Ötən gün isə onun nəşini sözügedən kanalda suyun üzərində görüblər. Bundan sonra aidiyyəti üzrə məlumat verilib. Zaurun nəşi sudan çıxarılan zaman onun telefonu da üzərində olub.
Qeyd edək ki, Zaur Süleymanovun intihar etdiyi ehtimal olunur. Ancaq maraqlı məqam ondan ibarətdir ki, o, ali məktəbə qəbul olmaq üçün sənədlərini təqdim etmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər