Telefonu əlindən alındığı üçün özünü ÖLDÜRDÜ
6-07-2022, 09:40
Oxunub: 6 240
Göyçay rayonunda intihar hadisəsi baş verib.
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, rayonun Xəlitli kənd sakini, 2005-ci il təvəllüdlü Allahverdiyev Ayxan Fariz oğlu iyulun 5-də saat 23:00 radələrində yaşadığı evin həyətində özünü asıb.
Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onu xilas etmək mümkün olmayıb.
11-ci sinif şagirdi Ayxanın özünə qəsd etməsinin səbəbi məlum olub. Kənd sakinlərinin sözlərinə görə, Ayxan zəif gördüyü üçün gözlükdən istifadə edirdi. O, valideyni ilə Bakıya oftalmoloqun yanına gedib, həkim ona telefondan az istifadə etməyi tövsiyə edib.
Anası Ayxanın telefonunu əlindən alıb, onun gözlərinə ziyan olduğunu bildirib. Küsərək həyətə düşən oğlanın evin arxasında intihar etdiyi bildirilir.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər