Dövlət qurumu 900 minlik tenderdə qanunu belə pozdu
20-07-2022, 09:44
Oxunub: 2 856
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tender qaydalarını kobud şəkildə pozub.
Bolgexeber.com xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, sözügedən qurum Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini suyla təmin etmək məqsədiylə su nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası (İkinci Şıxlı təsərrüfatı üzrə) obyekti üzrə tikinti işlərinin satınalınması ilə bağlı tenderə yekun vurub. Tenderin qalibi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsi olub.
Tərəflər arasında imzalanan müqavilənin dəyəri 905 718.82 AZN təşkil edib.
Məsələ burasındadır ki, müsabiqənin qalibinin külli miqdarda vergi borcu var. Belə ki, Sumqayıt Melioservis İdarəsinin hazırda vergi borcu 104 174.22 manatdır.
Bu isə qanun pozuntusu deməkdir. İş burasındadır ki, "Dövlət Satınalmaları haqqında" Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.
Əlavə edək ki, Sumqayıt Melioservis İdarəsi vergi borcu olduğu halda ötən ay 6 tenderin qalibi olub. İmzalanan bu müqavilələrin ümumi dəyəri 725 min manat civarındadır.
Qeyd edək ki, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru Ramiz Vəkilovdur. Sumqayıt Melioservis İdarəsinin rəisi isə Orxan İmanlıdır.
Milli.Az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər