BolgeXeber.Com » Xəbərlər » Dənizdə batan bacılar vəzifəli şəxsin övladları imiş...

Dənizdə batan bacılar vəzifəli şəxsin övladları imiş...

21-07-2022, 12:10
Oxunub: 2 080 Bakıda dənizdə batmış bacılardan ikincisinin də meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunun Nardaran qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysu Asəf qızı Abdullayevanın meyiti FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

"Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir", - məlumatda qeyd edilib.

Xatırladaq ki, Aysel və Aysun Abdullayeva bacıları iyulun 20-də Xəzər dənizində batıb. Böyük bacı Ayselin meyiti dənizdən çıxarılmışdı.

Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.