Hovuza girən qadınları təhqir edən şəxsi hansı cəza gözləyir? - AÇIQLAMA
14-07-2022, 12:24
Oxunub: 2 200
Xəbər verdiyimiz kimi, "Tiktok"da video çəkərək qadınlara qarşı alçaldıcı ifadələr işlədən şəxsin görüntüləri yayılıb.
Həmin şəxs hovuzda istirahət edən xanımlara qarşı nalayiq ifadələr işlədərək bunu "Tiktok” sosial şəbəkə hesabında yayıb.
Bu görüntülər cəmiyyətdə ciddi narazılığa səbəb olub.
Bəs, bu cür hallarda qanunvericilikdə hansı maddələr nəzərdə tutulub? Həmin şəxsi hansı cəza gözləyir?
Tanınmış hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov AZXEBER.COM-a açıqlamasında sözügedən məsələ ilə bağlı qanunvericilikdə nəzərdə tutulan maddələri diqqətə çatdırıb.
Vəkil bildirib ki, bu məsələdə iki qanun pozuntusu var:
"Orada əsas iki qanun pzountusu var. Birincisi, şəxsi həyatın toxunulmazlığı hüququdur. Yəni, heç bir halda şəxsin özünün razılığı olmadan onu çəkmək, yaymaq qəti şəkildə olmaz.
İkincisi də odur ki, şəxslər barəsində təhqiredici ifadələr işlədibsə, həmin ifadələrə görə, şəxslər iddia qaldıra bilər. Onun haqqında təhqiredirci ifadələr işlədibsə, nalayiq ifadələr işlədibsə, bu halda iddia qaldırmaq olar. Həmin şəxsin də etdiyi və dedikləri cəmiyyətin birgəyaşayış qaydalarına uyğun olmayan davranışlardır. Eyni zamanda həmin şəxslər öz şərəf və ləyaqəti ilə bağlı iddia qaldıra bilərlər. Bunun üçün də təzminat ala bilərlər.
Beləlikdə, bu iki qanun pozuntusu ilə həmin şəxs barəsində qanunvericiliyə uyğun şəkildə qərar verilə bilər”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, sözügedən bloger haqqında araşdırmalar davam edir, nəticəsi haqqında ictimaiyyətə məlumat veriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər