BolgeXeber.Com » Xəbərlər » Uşaqlar arasında yayılan xəstəliklə bağlı VACİB AÇIQLAMA - VİDEO

Uşaqlar arasında yayılan xəstəliklə bağlı VACİB AÇIQLAMA - VİDEO

21-07-2022, 13:23
Oxunub: 2 112 Son günlər azyaşlılar arasında səpkilərlə müşayiət olunan xəstəlik yayılıb.

İnfeksionist Aytən Ziyadova deyir ki, yaz və payız aylarında uşaqlar, əsasən suçiçəyi xəstəliyinə yoluxsa da, bu il parallel olaraq koksaki virusu da yayılıb. Xəstəliyin gedişatı meymunçiçəyi ilə oxşardır, ancaq narahatlığa əsas yoxdur.

İnfeksionistin sözlərinə görə, xəstəlik daha çox uşaqların parklarda, bağçalarda oynadığı vaxtlarda yayılır. Buna görə də gigiyenik qaydalar gözlənilməli, zəruri hallarda həkim məsləhəti ilə dərman qəbul edilməlidir. Səpkilər həmçinin qaşınma əlamətləri ilə də müşahidə oluna bilər.

Bu vəziyyətdən isə ən çox valideynlər narahatdılar.

Qeyd edək ki, İnfeksionist Aytən Ziyadova koksaki virusunun əsasən 7 yaşa qədər olan uşaqlarda yayıldığını bildirir.