BolgeXeber.Com » Xəbərlər » "Rusiyanın canlı qüvvə itkilərinin sayı 39 min oldu"

"Rusiyanın canlı qüvvə itkilərinin sayı 39 min oldu"

22-07-2022, 10:36
Oxunub: 2 016 “Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 39 000 hərbçisi məhv edilib”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 704 tank, 3 920 zirehli döyüş maşını, 863 artilleriya sistemi, 251 reaktiv yaylım atəşi sistemi, 113 hava hücumundan müdafiə sistemi, 221 təyyarə, 188 helikopter, 713 PUA, 167 qanadlı raket, 15 gəmi, 2 803 avtomobil texnikası və avtosistern, 72 xüsusi texnikadan ibarətdir.
Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.