Azərbaycanda məktəblər koronavirusa görə açılmayacaq? - Operativ Qərargah...
23-07-2022, 16:11
Oxunub: 2 936
Ölkədə koronavirusa yoluxma sayı gün keçdikcə artır. Yoluxma sayının artması insanları təşvişə salır. Sosial şəbəkələrdə və cəmiyyətdə artan yoluxma sayına görə tədris ocaqlarının sentyabrda açılmayacağı söylənilir.
Hər kəsi yeni tədris ilində distant təhsilə keçiləcəyi ilə bağlı sual maraqlandırır.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov Modern.az-a danışıb.
Ekspert bildirib ki, indidən məktəblərin açılmayacağını söyləmək olmaz:
"Koronavirus həm insanların sosial həyatına, həm də sağlamlığına mənfi təsir etdi. Ölkəmiz ən şiddətli dalğaların öhdəsindən gələ bildi. Artan koronavirus xəstələrinin sayına görə qapanmalar və s. oldu. Amma koronavirusdan daha çox təsirlənən təhsil sahəsidir. Dünyada, ölkəmizdə koronavirusa yoluxma sayı artır”.
E.Süleymanovun sözlərinə görə, yoluxma artarsa, Operativ Qərargah müvafiq addımlar ata bilər:
"Əgər artım bu cür davam edərsə, Operativ Qərargah şagirdlərin sağlamlığını əsas tutaraq doğru qərarı verər. Onu da qeyd edim ki, iki il məktəbdən uzaq qalma şagirdlərin psixologiyasına çox təsir etdi. Məktəbdən uzun müddətli uzaq olmaq dərsin keyfiyyətinin aşağı düşməsinə, uşaqların diqqət probleminin pozulmasına gətirib çıxardı. Yoluxma sayı kəskin artmazsa, məktəblər açılmalıdır. Məktəblərin açılmaması ən son addım olmalıdır. Şəxsən onlayn tədrisə keçilməsini, məktəblərin bağlanmasını mən yaxşı qiymətləndirmirəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər