BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda qarpız dolu yük maşını aşdı - Video

Hacıqabulda qarpız dolu yük maşını aşdı - Video

26-07-2022, 16:48
Oxunub: 2 832 Hacıqabulda yük maşını qəzaya uğrayıb.

Bolgexeber.com xəbər verir ki, Bakı-Qazax yolunun Hacıqabul rayonundan keçən hissəsində “Ford” markalı yük avtomobili aşıb. Nəticədə maşının yük yerində olan qarpız-yemiş ətrafa dağılıb. Həmçinin müxtəlif dərəcəli xəsarətlər alan sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər gələnə kimi yoldan keçən vətəndaşlar həmin sürücüyə kömək etməyə çalışıb. Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.