BolgeXeber.Com » Xəbərlər » Dənizdə batan şəxslərin kimliyi bəlli oldu - Biri şəhid oğlu, digəri qazi imiş

Dənizdə batan şəxslərin kimliyi bəlli oldu - Biri şəhid oğlu, digəri qazi imiş

29-07-2022, 11:31
Oxunub: 2 240 Xəbər verdiyimiz kimi, Dünən axşam saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 2 nəfər balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batıb.

Bolgexeber.com xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə həmin şəxslər Nicat Allahverdiyev və Sübhan Zöhrabovdur.

Qeyd edək ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Sübhan Zöhrabov isə Vətən müharibəsi qazisidir.

Hal-hazırda FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı” Dalğıc-axtarış qrupu tərəfindən hər iki şəxsin axtarışları davam etdirilir.