Azərbaycanda xüsusi əməliyyat: 59 narkotacir tutuldu
3-08-2022, 14:45
Oxunub: 4 080
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda 59 narkotacir tutulub olardan 331 kiloqram narkotik maddə aşkar edilib.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı onlayn yolla narkotik maddələrin satışını həyata keçirən, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 8 mütəşəkkil dəstə və onun 59 nəfər üzvü saxlanılıb.
Həmin şəxslərdən ümumilikdə 331 kiloqram narkotik vasitə və psixotrop maddə, 2261 ədəd psixotrop tərkibli həb, 2921 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu, 2 ədəd tapança və soyuq silah qismində istifadə edilən digər əşyalar aşkar edilib.
Daxil olmuş məlumat əsasında Bakı şəhəri və bölgələrdə həyata keçirilən xüsusi əməliyyatlar zamanı Fərid Cəfərov, İmamqulu Bədirov, Seyidrza Ağamı, İlkin Abbasov, Sərxan Məmmədov və Şamil Sadıxov tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 204 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 156 kiloqram heroin, 32 kiloqram marixuana, 16 metamfetamin, psixotrop tərkibli həblər, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı istifadə olunan plastik kartlar aşkar edilib.
Adları çəkilən 6 nəfərin əsas məqsədi qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələri satmaqla yanaşı yeni-yeni insanları narkokuryerliyə cəlb etmək olub.
Keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq daha 53 nəfər saxlanılıb. Onlardan 127 kiloqram müxtəlif növ narkotik vasitə, elektron tərəzilər, psixotrop tərkibli həblər, narkotiklərin onlayn satışında istifadə olunan plastik kartlar aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Bir daha vətəndaşları sağlam gələcək naminə onları narkotiklərdən uzaq durmağa və polis əməkdaşları ilə həmrəy olmağa çağırırq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər