BolgeXeber.Com » Xəbərlər » Yol polisinin Səfər Mehdiyevi saxlamasının görüntüləri yayıldı - Video

Yol polisinin Səfər Mehdiyevi saxlamasının görüntüləri yayıldı - Video

8-08-2022, 13:00
Oxunub: 3 184 Yol polisinin Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxladığı anın görüntüləri yayılıb.
Bolgexeber.com "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə vaxtı Səfər Mehdiyev idarə etdiyi "Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib. Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyev onu saxlayan polisə "Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən” deməsi görünür.

Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.

Qeyd edək ki, görüntülər Səfər Mehdiyev DGK sədri olarkən çəkilsə də, bu gün ictimailəşib.