BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda yoluxanların sayı AÇIQLANDI, ÖLƏN VAR

Azərbaycanda yoluxanların sayı AÇIQLANDI, ÖLƏN VAR

8-08-2022, 17:41
Oxunub: 3 080 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 121 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 802 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 147 nəfər müalicə olunaraq sağalıb, 7 961 nəfər vəfat edib, aktiv xəstə sayı 3 152 nəfərdir.
 
Ölkədə son sutka ərzində 2 424, hazırkı dövrədək isə 7 072 185 test aparılıb.