BolgeXeber.Com » Xəbərlər » MİQ üzrə vakansiya seçiminin nəticələri açıqlanıb

MİQ üzrə vakansiya seçiminin nəticələri açıqlanıb

10-08-2022, 12:58
Oxunub: 2 328 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 4-8 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 5234 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.