Onlayn yolla narkotik alan şəxs tutulub - FOTO
12-08-2022, 15:00
Oxunub: 3 456
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər də narkotiklərin satışı və saxlanmasına görə ümumilikdə iki dəfə məhkum olunmuş Elvin Həsənov şübhəli şəxs qismində saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib. E.Həsənov ifadəsində həmin narkotiki sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla aldığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elvin Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər