Azərbaycanda iki universitet publik hüquqi şəxsə çevrildi
15-08-2022, 16:07
Oxunub: 3 104
Azərbaycanda iki universitet publik hüquqi şəxsə çevrilib.
Bununla bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib.
Qərara əsasən, "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının 3.19-cu bəndinə əsasən dövlət və bələdiyyə tərəfindən təhsil müəssisəsi (xüsusi təyinatlı təhsil müəssisəsi istisna olmaqla) publik hüquqi şəxs formasında yaradılır və "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.12.1-ci yarımbəndinə əsasən "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin təsisçisinin nizamnamə fondunun təsdiq edilməsi və dəyişdirilməsi, habelə nizamnamənin təsdiq edilməsi və dəyişdirilməsi, eləcə də yenidən təşkili və ləğvi üzrə səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan çevrilmə yolu ilə yenidən təşkil edilməsini özündə əks etdirən 300 və 301 №-li Qərarı qəbul edilib və həmin Qərarlara əlavə olaraq həmin universitetlərin nizamnamələri təsdiq edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər