BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda “Gəlin Birlikdə Oxuyaq” adlı tədbir keçirilib

Hacıqabulda “Gəlin Birlikdə Oxuyaq” adlı tədbir keçirilib

25-08-2022, 11:50
Oxunub: 3 024 24.08.2022–ci il tarixində Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə  Hacıqabul rayon Mərkəzi Kitabxanasında uşaqların yay tətili günlərində vaxtlarının səmərəli  keçirilməsi məqsədi  ilə “Gəlin Birlikdə Oxuyaq” adlı tədbir keçirilib.Tədbirdə Hacıqabul rayon Mərkəzi Kitabxananın, Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin  əməkdaşları   iştirak etmişlər.
Tədbirin əsas məqsədi uşaqlarda mütaliəyə marağın yaradılması, onlarda dinləmə mədəniyyətinin formalaşdırılması, emosional inkişaf və dünyagörüşünün artırılması, bütün bunların nəticəsində gələcəkdə həyatı daha dərin qavramalarına şərait yaratmaqdır. Kitabların oxunulduqdan sonra sadəcə rəflərdə qalmaması, paylaşılması ekoloji baxımdan da olduqca vacibdir. Çünki kitabların kağızdan, kağızın isə ağacdan hazırlandığını nəzərə alsaq, uşaqlara kitabları sevdirməklə, onları səliqəli saxlamağı və paylaşmağı öyrətməklə ağacların kəsilməsinin qarşısını almaq olar. Beləliklə həm də uşaqlara ekologiyanı qorumağı, təbiəti sevməyi və zərər verməməyi təşviq etmiş olarıq.
Kitabxanalar tarixən, eləcə də bu gün kütləvi mütaliənin təşkilatçısı olaraq qalır. Biz bu gün kitabı təbliğ etməliyik, oxutdurmalıyıq. Hər kitabın bir gizli xəzinə olduğunu unutmamalıyıq və hər kitabın bizə verdiyi bilik və nəsihətlərin həyatımızın gələcək dövrlərində işimizə yarayacağına, əlimizdən tutacağına, çətin bir anda çıxış yolumuz olacağına şahid olmaq üçün kitablara üz tutmalıyıq. Bu gün kitab oxuyanların böyük əksəriyyəti elə gənclərdir.
 Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.