BolgeXeber.Com » Xəbərlər » Polis “Kubinka”da narkotik əməliyyatı keçirdi, saxlanılanlar var - Video
Polis “Kubinka”da narkotik əməliyyatı keçirdi, saxlanılanlar var - Video
25-08-2022, 14:30
Oxunub: 3 144Paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov (”Kubinka”) küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər müəyyən olunaraq saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsi və 27-Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.