Azərbaycanda 11 il əvvəl törədilən qətlin üstü açıldı
25-08-2022, 18:56
Oxunub: 3 040
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşlarının birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir xüsusilə ağır - qəsdən adamöldürmə cinayətinin üstünün açılması təmin edilib.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıblar.
Belə ki, 2011-ci il oktyabrın 31-də paytaxtın Xətai rayonu, NZS qəsəbəsi ərazisində yerləşən yaşayış binasının blokunda 1974-cü il təvəllüdlü Qurbanov İlkin Samir oğlunun üzərində zorakılıq əlamətlərinin izləri ilə meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanıb, istintaq aparılsa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib.
Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Salahov Əhəd Bəxtiyar oğlunun yaxın dostluq, eyni zamanda, qohumluq əlaqələri olan Firudin Məmmədovun zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranan münaqişənin gedişində sonuncunun bilavasitə sifarişi və köməkliyi ilə qabaqcadan birgə hazırladıqları plana uyğun olaraq, 2011-ci il oktyabrın 31-də saat 23 radələrində İlkin Qurbanovun evinin yaxınlığında bıçaqla ona çoxsaylı xəsarətlər yetirib öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaq materiallarına əsasən, hadisədən qısa müddət sonra, yəni həmin il noyabrın 4-də, Firudin Məmmədov Bakı şəhəri, Xocalı prospektində avtomaşında sol dirsək oynağının ön səthini iti kəsici alətlə kəsərək intihar edib.
2022-ci il avqustun 24-də Əhəd Salahov Cinayət Məcəlləsinin 120.2.5-ci (sifarişlə qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər