BolgeXeber.Com » Xəbərlər » 'Hərbçinin qəzada ölümü ilə bağlı araşdırma aparılır" - Baş Prokurorluq

'Hərbçinin qəzada ölümü ilə bağlı araşdırma aparılır" - Baş Prokurorluq

20-08-2022, 14:44
Oxunub: 2 384 Azərbaycan Ordusunun hərbi qulluqçusunun qəzada həlak olması faktı araşdırılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğlunun baş vermiş yol qəzası nəticəsində ölməsi faktı ilə bağlı hazırda Gəncə hərbi prokurorluğunda araşdırma aparılır.