Goranboy sakininə atəş açan şəxslər saxlanıldı
29-08-2022, 18:44
Oxunub: 2 816
Avqustun 26-da Goranboy rayonunun Todan kənd sakini S. Əliyev DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə müraciət edərək Erkəc kəndi ərazisində tanımadığı 2 nəfər şəxsin ona ov tüfəngdən atəş açması barədə məlumat verib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, müraciətlə əlaqədar Xocalı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki, S. Əliyev yaşadığı evə qayıdan zaman yol kənarında olan günəbaxan sahəsinə daxil olaraq günəbaxan yığıb, bu zaman sahənin sahibləri Zaur Nağıyev və Şahin Mərdənov ondan sahədən çıxmasını tələb etdiyinə görə aralında mübahisə yaranıb. S. Əliyev sahədən çıxmadığına görə Z. Nağıyev özünə məxsus 12 kalibrli, müvafiq sənədləri olan ov tüfəngi ilə havaya atəş açıb. Həmin şəxslər saxlanılıb, Z. Nağıyevin atəş açdığı və digər bir ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər