Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - Nazirlikdən AÇIQLAMA
6-09-2022, 11:27
Oxunub: 2 680
"Sabah, sentyabrın 7-də paytaxtda və yarımadanın bəzi yerlərində yağış yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimal olunur. Şimal-qərb küləyi arabir güclənəcək”.
Bu barədə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
G.Məmmədova xatırladıb ki, bu gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək:
"Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə isə 23-28 m/s olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə aşağı enməsi müşahidə olunur. Günorta saatlarında 21-24 dərəcə isti olacaq”.
Direktor əlavə edib ki, bölgələrdə də bu gün və sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir:
"Əsasən dağlıq-dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi istisna olunmur. Sentyabrın 8-i gündüz saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər