Bakıda qanunsuz ağac kəsən tikinti şirkətinə cinayət işi açılıb
6-09-2022, 13:17
Oxunub: 3 064
Bakıda qanunsuz ağac kəsən tikinti şirkətinə cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında növbəti qanunsuz ağackəsmə faktları ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırmalarla Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Mənzərə” MTK-nın istifadəsində olmaqla dövlət mülkiyyətində olan torpaq sahəsində, bundan başqa, Abşeron rayonu, Saray qəsəbəsində xüsusi mülkiyyətdə olan torpaq sahəsində, eləcə də Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsində və İnşaatçılar qəsəbəsi, Qara Qarayev küçəsində dövlət mülkiyyətində olan torpaq sahəsində meşə fonduna daxil olmayan müxtəlif cinsli və diametrli 47 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə 30 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.
Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.1, 259.2.3 və 259.2.4-cü (qanunsuz ağackəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər