BolgeXeber.Com » Xəbərlər » Vizəzəmin meşəbəyliyində ağaclar qanunsuz kəsilib

Vizəzəmin meşəbəyliyində ağaclar qanunsuz kəsilib

7-09-2022, 11:30
Oxunub: 2 976 Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətləri tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Vizəzəmin meşəbəyliyində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Bolgexeber.com xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətləri birgə məlumat yayıb.
Faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.