BolgeXeber.Com » Xəbərlər » 13 yaşlı qız 15 yaşlı oğlandan uşaq doğub... - Yeni məlumatlar

13 yaşlı qız 15 yaşlı oğlandan uşaq doğub... - Yeni məlumatlar

31-08-2022, 16:22
Oxunub: 2 472 13 yaşlı qızın dünyaya gətirdiyi körpənin atasının 15 yaşı olduğu üzə çıxıb.

Qız illər əvvəl öz atasını itirib. 13 yaşlı qızın anasının 3-cü evliliyi olduğu deyilir. O, ögey ata ilə yaşayırmış.
Ailənin çox kasıb olduğu və butulka sataraq dolandıqları deyilir.
Qeyd edək ki, uşaq 40 həftəlik dünyaya gəlib. Ailə bu hadisəni ört-basdır etmək istəyib və doğum evdə gerçəkləşib. Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün məcbur qalıb Təcili Tibbi Yardıma müraciət ediblər.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan bildirilib ki, hazırda hər ikisinin vəziyyəti yaxşıdır.
 
Lent.az