Mikayıl Cabbarov: “Bu gün çoxlu sayda İT mütəxəssisinə ehtiyacımız var”
8-09-2022, 15:45
Oxunub: 2 904
"Lazımi sayda mütəxəssis olmasa, yeni İT şirkətləri yaranmayacaq, mövcud şirkətlər isə kadr çatışmazlığı ilə üzləşəcək. Demək, kifayət sayda şirkətlər və müvafiq olaraq, iş yerləri olmasa, yeni mütəxəssislər də meydana çıxmayacaq”.
Bunu müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir vurğulayıb ki, dövlətin iştirakı olmadan ixtisaslı kadrların sürətli və səmərəli şəkildə hazırlanması mümkün deyil.
"Odur ki, yeni peşəyə yiyələnməyə hazır olan, bu sahəyə maraq göstərən insanlar üçün tələb olunan İT ixtisasları üzrə təlimlərə başlanılması qərara alınıb.
Azərbaycan artıq rəqəmsal iqtisadiyyatın qurulması istiqamətində vacib addımlar atıb. Buraya məktəblərdə rəqəmsal bacarıqların öyrədilməsi, elektron hökumətə keçid, zəruri İT infrastrukturunun yaradılması və modernləşdirilməsi daxildir. Amma başa düşmək lazımdır ki, bunların həyata keçirilməsindən nəticəni uzunmüddətli perspektivdə əldə edəcəyik. Hazırda əla kadrlarımız var, lakin bu, ölkədə keyfiyyətli sıçrayışı təmin etmək üçün kifayət deyil. Operativ şəkildə effekt əldə etmək üçün bu gün çoxlu sayda İT mütəxəssisinə ehtiyacımız var”, - deyə Mikayıl Cabbarov qeyd edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər