BolgeXeber.Com » Xəbərlər » Balakəndə ağır qəza: ölən və yaralananlar var

Balakəndə ağır qəza: ölən və yaralananlar var

12-09-2022, 10:15
Oxunub: 3 208 Balakən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 2 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.