BolgeXeber.Com » Xəbərlər » Oktyabrın 9-u toyu olacaqdı, şəhid xəbəri gəldi - FOTO

Oktyabrın 9-u toyu olacaqdı, şəhid xəbəri gəldi - FOTO

15-09-2022, 15:15
Oxunub: 3 816 Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi şəhidlərin yeni siyahısını açıqlayıb.

Şəhid olanlardan Turan Məhərrəmov Zaqatala rayonundandır. Rayon ictimaiyyəti hazırda onun cənazəsini gözləyir.

2001-ci il təvəllüdlü Məhərrəmov Turan Tərlan oğlu rayonun Qımır kəndində doğulub. Düşmənin xain gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksələn T. Məhərrəmov nişanlı imiş. Oktyabrın 9-da onun toyu olacaqmış.


Allah rəhmət eləsin!