BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda vəkil məhkəmə binasında vəfat etdi

Azərbaycanda vəkil məhkəmə binasında vəfat etdi

19-09-2022, 15:30
Oxunub: 3 512 Azərbaycanda vəkil vəfat edib.

Hadisə sentyabrın 16-da Ədliyyə Nazirliyinin İcra və Probasiya İdarəsinin Sumqayıt şəhər şöbəsində qeydə alınıb.

Belə ki, Vəkillər Kollegiyasının üzvü Valeriy Vəliyev işlə bağlı şöbədə olarkən qəfildən dünyasını dəyişib.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü V.Vəliyev 13 il vəkillik fəaliyyəti ilə məşğul olub. O, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili idi.