BolgeXeber.Com » Xəbərlər » Şəhid Səbuhinin qardaşı ilə ürəkdağlayan yazışması: “Sentyabrda gəl” – FOTO

Şəhid Səbuhinin qardaşı ilə ürəkdağlayan yazışması: “Sentyabrda gəl” – FOTO

13-09-2022, 15:30
Oxunub: 2 240 Ermənilərin son təxribatı zamanı şəhid olan Səbuhi Əhmədovun qardaşı ilə yazışması yayılıb.
Fotoda 2 qardaşın iyulun 18-də yazışmaları əks olunub.

Belə ki, Səbuhi mesajında hər şeyin yaxşı olacağını, evinin, ailənin önəmli olduğunu vurğulayaraq, sentyabrda, yoxsa dekabrda məzuniyyətə gəlim?, – deyə sual verir.


Qardaşı isə “sentyabrda deyərəm gələrsən”, deyə cavab verir.


Xatırladaq ki, Səbuhi Əhmədov sentyabrın 13-də Ermənistan ordusunun sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olub. Valideyn himayəsindən məhrum olmuş Səbuhi SOS uşaq evində böyüyüb.


O, İkinci Fəxri Xiyabanda dəfn olunub.