BolgeXeber.Com » Xəbərlər » Laçın istiqamətində Ermənistana məxsus PUA ələ keçirildi - VİDEO

Laçın istiqamətində Ermənistana məxsus PUA ələ keçirildi - VİDEO

27-09-2022, 18:33
Oxunub: 2 216 Laçın istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA ələ keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "UL-350” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.