BolgeXeber.Com » Xəbərlər » Bakıda özəl klinikada kişi əməliyyatdan sonra öldü

Bakıda özəl klinikada kişi əməliyyatdan sonra öldü

3-10-2022, 11:33
Oxunub: 1 840
Bakıda özəl klinikada 46 yaşlı Bəxtiyar İsmayılov əməliyyatdan sonra ölüb.
"Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 2-də Yasamal rayonunda yerləşən "Real Hospital”da qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü İsmayılov Bəxtiyar Ağaismayıl oğlu sentyabrın 30-da bağırsaq keçməzliyi diaqnozu ilə hospitala yerləşdirilib və əməliyyat olunub. Daha sonra o, həmin özəl klinikada dünyasını dəyişib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.