Ekologiyanı necə qoruyaq ? -FOTO
3-10-2022, 14:52
Oxunub: 4 720
Ölkədə təbiətin mühafizəsi və ətraf mühitin çirklənməsinin qarşısının alınması böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir.
Ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir.
Təsadüfi deyil ki,ekoloji problemlərə həsr olunmuş müşavirələrdə Prezident İlham Əliyev qeyd edib ki:”Ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su-bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekologiya və ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirir, bu istiqamətdə məqsədyönlü addımlar atır və görülən işlər göz qabağındadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən son illər ölkənin ekoloji durumunun sağlamlaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə, mövcud su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, sənaye-məişət, o cümlədən təhlükəli tullantıların utilizə olunmasının təmini istiqamətində böyük işlər aparılmışdır.Bu baxımdan nazirliyin fəaliyyətini təqdirəlayiq hesab etmək olar.
Nazirlik tərəfindən həmçinin regionlarda da ekologiyanı pozanlara, yaşıllığı məhv edənlərə qarşı qanuna müvafiq ciddi tədbirlər görüldüyündən bu regionlarda turizmin inkişafına səbəb olub.
Buna, BOLGEXEBER.COM və BÖLGƏ TV -nin “Ekologiyamızı necə qoruyaq” rubrikası çərçivəsində Zaqatala , Qax, Şəki, Qəbələ, İsmayıllı, Oğuz,Şəki rayonlarına səfəri zamanı jurnalistlər də şahid olublar.
BÖLGƏ TV-nin əməkdaşları adıçəkilən rayonlarda sakinlərlə görüşərək söhbətlər ediblər, sorğu aparıblar.
Sakinlər təsdiq ediblər ki, son illər ekologiya çox yaxşı qorunur, rayonlarında mütəmadi olaraq əğaclar əkilir, yaşıllıqlar salınır.
Qeyd edək ki, bu rayonlar bir çox rayonlarımız kimi meşələri, zəngin təbiəti, özünəməxsus mətbəxi və adət-ənənələri baxımından turistlər üçün çox cəlbedicidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gördüyü müsbət işlər nəticəsində adıçəkilən regionlara turistlərin sayı ildən-ilə artır. Bunu onlarla aparılan söhbət zamanı sakinlər də təsdiqlədi.Yaxın saatlarda mövzu ilə bağlı reportajı izləyə biləcəksiz.
Növbəti səfərimiz Gəncə,Mingəçevir şəhərlərinə,Yevlax,Goranboy və Samux rayonlarına olacaq.












Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər