BolgeXeber.Com » Xəbərlər » Bakıda məktəbdə şagird döyülüb, polis araşdırmalara başlayıb - VİDEO
Bakıda məktəbdə şagird döyülüb, polis araşdırmalara başlayıb - VİDEO
4-10-2022, 11:20
Oxunub: 2 880Bakıda, məktəbdə şagird öz sinif yoldaşı tərəfindən döyülüb. Bolgexeber.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yayılıb. Hadisənin 112 nömrəli məktəbdə baş verdiyi iddia edilir. Videoda bir məktəbli digərinə yumruq atır. Görüntülərin digər şagirdlər tərəfindən lentə alındığı deyilir. Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov bildirdi ki, görüntülərdən xəbərdardırlar, hazırda araşdırma aparılır. DİN-in mətbuat xidmətindən cavab olaraq deyildi ki, sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıdırlar. Faktla bağlı araşdırma aparılır. Həmin videonu təqdim edirik: