BolgeXeber.Com » Xəbərlər » Goranboyda iki avtomobil toqquşub

Goranboyda iki avtomobil toqquşub

8-10-2022, 15:35
Oxunub: 2 936 Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Rəhimli kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü N.Həsənova və daha bir neçə nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.