BolgeXeber.Com » Xəbərlər » Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətirildi

Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətirildi

12-10-2022, 12:00
Oxunub: 2 864 Bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətirilib.
Bu barədə bəstəkarın qızı Canana Süleymanlı məlumat verib.
Qeyd edək ki, onunla vida mərasimi bu gün 13:00-dan 16:00-dək Təzəpir məscidində olacaq. Ruhəngiz Qasımova Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək.
Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda böyrək çatışmazlığından vəfat edib.