Bir gecəyə milyonlarla izləyici itirdilər - Feysbukda nə baş verir?
12-10-2022, 15:00
Oxunub: 3 200
Feysbuk istifadəçiləri, məşhur bloqerlər hazırda izləyicilərinin dünənə nisbətdə kəskin şəkildə azalmasından şikayətlənirlər.
Bir gün əvvəl ABŞ-ın aparıcı KİV-i də bu problemlə qarşılaşıblar.
Belə ki, “USA Today” nəşri feysbuk səhifəsindən təxminən 25 min, “The New York Times” təxminən 11 min, “New York Post” 12 500, “Washington Post” isə təxminən 10 min izləyici itirib.
“Newsweek” nəşri isə bunu feysbuk sosial şəbəkəsinin bot hesabları silməsi ilə əlaqələndirib.
Bu arada “Meta” şirkətinin rəhbərinin rəsmi hesabında da izləyicilərin sayı kəskin azalıb. Belə ki, əgər ötən günə qədər Mark Zukerberqin feysbuk hesabını 119 milyon insan izləyirdisə, hazırda bu göstərici cəmi 9 996 nəfərdir.
Eyni vəziyyət hazırda Ukrayna Prezidenti Volodimir Zelenskinin də rəsmi hesabında görünür. Belə ki, hazırda onun səhifəsini cəmi 9 995 nəfər izləyir.
Qeyd edək ki, hələlik feysbuk sosial şəbəkəsinin daxil olduğu “Meta” şirkəti baş verənləri şərh etmir.
.png)


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər