BolgeXeber.Com » Xəbərlər » Aşıq Namiq qəzaya düşdü

Aşıq Namiq qəzaya düşdü

13-10-2022, 10:17
Oxunub: 2 872 Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

"Toyota" markalı maşını idarə edən Hüseynov Namiq Fərhad oğlu işıqforun qırmızı işığında dayanan zaman "Azsamand" markalı nəqliyyat vasitəsini idarə edən şəxs yüksək sürətlə maşını əvvəlcə "Renault" markalı avtomobilə çırpıb. Daha sonra "Azsamand" Namiq Hüseynova məxsus "Toyota"ya dəyərək dayanıb.


Qəza nəticəsində "Renault" markalı nəqliyyat vasitəsində olan iki nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi təxirəsalınmaz yardım xidmətinin əməkdaşları cəlb edilib. Yaralılar 3 nömrəli xəstəxanaya aparılıb.

"Toyota"nı idarə edən Aşıq Namiq bildirib ki, "Azsamand"ın sürücüsü sürət həddini aşıb.

Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.