Vüqar Səfərli Səbinəni belə aldadıbmış…
13-10-2022, 16:01
Oxunub: 3 192
İki gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il həbs cəzası alan keçmiş vəkil Vüqar Səfərlinin məşhur bloqer Sabina Kətanovanı necə aldatdığı məlum olub.
17 nəfərə qarşı ümumilikdə 200 min manatdan çox dələduzluq edən sabiq vəkilin ən böyük dələduzluğu (130 min manat) məhz Kətanovaya qarşı olub.
Məhkəmə istintaqında məlum olub ki, bloqer 2021-ci ildə Bakıda yeni tikili binadakı mənzilini 140 min manata satıb. Özünə Mərdəkanda 6 sot torpaq sahəsi alıb. Lakin torpaq sahəsini aldıqdan sonra ev tikdirməyin çətin olduğunu görüb satdığı evi geri qaytarmaq istəyib. Bundan sonra evi alan şəxslə görüşüb 140 mini və mənzilə çəkdiyi əlavə xərcləri də ödəməyə hazır olduğunu bildirib. Qarşı tərəf təkliflə razılaşmadığı üçün işi məhkəmədə həll etmək qərarına gəlib.
Bundan sonra vəkil Vüqar Səfərliyə müraciət edib: “Təxminən 4-5 il əvvəl instaqramdan Vüqar Səfərli mesaj yazaraq vəkillik işi ilə nə qulluğu olarsa, həll edə biləcəyini demiş, nömrəsini qeyd etmişdi. Mən də nömrəni həmin vaxt telefonuma yazmışdım. Vüqara zəng edəndə qanuni yolla mənə kömək edə biləcəyini bildirdi. Onunla ofisində görüşdüm. Həmin gün hüquqi yardım göstərilməsi haqqında onunla müqavilə bağladıq. Vüqara 1200 manat verdim, qalan 800 manatı işin yekununda ödəyəcəyimi bildirdim”.
Bir gün vəkil zəng edərək evi geri almaq üçün ipoteka fonduna 22 min manat yatızdırmaq lazım olduğunu deyib. S.Kətanova da anasıyla birlikdə pulu ona verib. Daha sonra V.Səfərli 2 dəfə yenə də ipoteka fonduna qoymaq məqsədilə əlavə olaraq hər dəfə ondan 50 min manat alıb. Bloqer son iki dəfədə isə vəkilə 5 min və 3500 manat verdim. Hər dəfə pul verəndə iltizam alıb pulların şəkillərini çəkib. Lakin daha sonra müdafiəçinin onu müxtəlif bəhanələrlə aldatdığını görüb şikayət edib.
Vüqar Səfərli törətdiyi əməllərdən sonra Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər